Rimas Kurtinaytis: “Hesab oyuna görə deyil“
11.05.2024 - 00:22
“Düşünürəm ki, biz fiziki cəhətdən daha güclü idik”.
Apasport.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis "Xırdalan" BK üzərində (81:62) qələbəni şərh edib: "İlk növbədə onu deyim ki, hesab oyuna görə deyil. İlk yarımfinal oyununda asan qələbə qazansaq da, bu dəfə çətin qarşılaşma alındı. Oyuna yaxşı, düşündüyümüz kimi başladıq. "Xırdalan" gedişatda bizi üstələməyi bacardı. Rəqib bizi yaxşı təhlil etmişdi. Lakin oyuna yenidən qayıtmağı bacardıq".
Qeyd edək ki, hər 2 oyunda qələbə qazanan “Sabah” ilk finalçı olub.
- "Neftçi" avrokuboklara düşsə, bu heyətlə heç bir uğur qazana bilməyəcək" - Müsahibə
- İstanbul derbisində sevinən tərəf “Qalatasaray” oldu - YENİLƏNİB
- Elmar Baxşıyev: “Komanda şəklində daha yaxşısını edə biləcəyimizə inanıram”
- Mertens pensiyaya çıxır
- "Qarabağa veloyürüş – Zəfərin izi ilə" layihəsi həyata keçirilib
0
0