"Gəncə"nin məşqçisi Rizvan Səfərov Azərbaycan Basketbol Liqası çərçivəsində "Sumqayıt"a qalib gəldikləri oyundan (94:92) sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, görüş barədə fikirlərini bildirib:
"Azərbaycan Basketbol Liqasının müntəzəm çempionatının 4-cü dövrəsində sonuncu oyunumuz idi. 3 cəzalı və 1 zədəli oyunçumuzun olmasına baxmayaraq, qələbə qazandıq. Baş məşqçimizin də cəzalı olması məndə əlavə məsuliyyət yaratmışdı. Sonuncu oyunumuz olsa da, evdə azarkeşlərimizin qarşısında məğlub olmaq istəmirdik. Komanda şəklində mübarizə apardıq. Azarkeşlərimizə təşəkkür edirəm. Qələbəmizdə pay sahibi oldular".
- Futzal çempionatlarında qış transfer dönəmi başlayır
- Gəncədə III MDB Oyunlarına dəstək məqsədi ilə şahmat yarışı keçiriləcək
- “Araz-Naxçıvan”ın legioneri: “Qollarımın ardı gələcək”
- "Linkoln" - "Qarabağ" görüşünün hakimləri açıqlanıb
- Qara Qarayev: “Mançester Siti”ni keçdiyinə görə “Real”dan xoşum gəlmir”