"Sabah" üç basketbolçu ilə müqavilənin müddətini uzadıb
24.06.2024 - 13:59
!["Sabah" üç basketbolçu ilə müqavilənin müddətini uzadıb](https://apasport.az/storage/news/2024/june/24/big/66793ffd3bb5266793ffd3bb53171922226966793ffd3bb5066793ffd3bb51.jpg)
"Sabah" klubu üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədov 2024/2025 mövsümündə də komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Sabah" başa çatan mövsümdə Azərbaycan Basketbol Liqasının qalibi olub.
0
0