AL: "Beşiktaş"ın rəqibləri bəlli oldu - YENİLƏNİB
28.08.2026 - 15:29
Bu gün UEFA Avropa Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, püşkatma Monakoda keçirilib.
Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Püşkatmada Türkiyə təmsilçisi "Beşiktaş"ın rəqibləri müəyyənləşib. IV səbətdə yer alan İstanbul təmsilçisi öz meydanında "Marsel", "Yunion SG", "Kristal Pelas" və "Hapoel"lə (Beer-Şeva) üz-üzə gələcək. Komanda səfərdə isə "Bayer", "Seltik", "Omoniya" və "Hoffenhaym"la qarşılaşacaq.
Qeyd edək ki, liqa mərhələsinin ilk oyunları 16-17 sentyabr tarixlərində baş tutacaq.
Ümumi nəticələr isə belədir:




0
0