Amerika Kuboku: Argentinanın rəqibi bəlli oldu
06.07.2024 - 09:55
![Amerika Kuboku: Argentinanın rəqibi bəlli oldu](https://apasport.az/storage/news/2024/july/06/big/6688dcb5cd7766688dcb5cd77717202454296688dcb5cd7746688dcb5cd775.jpg)
ABŞ-də təşkil olunan Amerika Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 1/4 finalda Venesuela millisi turnirin debütantı Kanada ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Kanada millisi qələbə qazanıb - 4:3. Beləliklə, Kanada yarımfinalda Argentina yığmasına rəqib olub.
Qeyd edək ki, Argentina - Kanada matçı iyulun 9-da keçiriləcək.
0
0