Braziliya millisinin və "Arsenal"ın hücumçusu Qabriel Martinelli "Barselona"nın marağına baxmayaraq, klubda qalmaq istəyir.
Apasport.az xəbər verir ki, "Barsa" 21 yaşlı vingerin buraxılması ilə bağlı məlumat istəyib.
Lakin futbolçunun özünün ayrılmaqda maraqlı olmadığı və londonlularla yeni müqavilə imzalamağı planlaşdırdığı öyrənilib.
Qeyd edək ki, Qabriel Martinelli ilə "topçular" arasındakı hazırkı müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" oyunçunun dəyərini 60 milyon avro qiymətləndirir. Hücumçu bu mövsüm 17 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Denis Silva: "Neftçi" azarkeşlərinə çox üzülürəm"
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi müəyyənləşdi
- “Araz”ın rəqibi sabiq “Qalatasaray”lını heyətinə qatıb
- Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək
- "Bavariya"dan Çempionlar Liqasında mütləq rekord