Avropa Liqası: “Mançester Yunayted”dən əzmkar qələbə - YENİLƏNİB
18.04.2025 - 01:55
Avropa Liqası: “Mançester Yunayted”dən əzmkar qələbə - YENİLƏNİB

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, bu gün 4 qarşılaşma keçirilib. 

"Mançester Yunayted" evdə "Lion"u qəbul edib. Dramatik keçən görüşdə meydan sahibləri sevinib.

İlk oyunda 2:0 üstünlük qazanan "Bodo-Qlimt" səfərdə "Latsio"nun qonağı olub. Qalib penaltilər seriyasında müəyyənləşib.

UEFA Avropa Liqası,

1/4 final mərhələsi, cavab oyunları

23:00. "Atletik" - "Reyncers" 2:0

İlk oyun: 0:0

23:00. "Ayntraxt Frankfurt" - "Tottenhem" 0:1

İlk oyun: 1:1

23:00. "Latsio" - "Bodo-Qlimt" 3:1, pen. 2:3

İlk oyun: 0:2

23:00. "Mançester Yunayted" - "Lion" 5:4

İlk oyun: 2:2