“Naxçıvan” və “Abşeron” üz-üzə
19.04.2025 - 10:23
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk görüşlərinə bu gün keçiriləcək 1 qarşılaşma ilə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq matçda “Naxçıvan” “Abşeron”la qarşılaşacaq. Görüş saat 14:00-da start götürəcək.
Bu oyunla pley-offun ilk mərhələsində bütün cütlüklərin ilk görüşləri tamamlanacaq.
Xatırladaq ki, mərhələnin əvvəlki qarşılaşmalarında “Şəki” “Gəncə”yə 85:84, “Neftçi” “Ordu”ya 93:84, “Sabah” isə “Sərhədçi”yə 90:64 hesabı ilə qalib gəlib.
- "Fənərbaxça" Bundesliqada çıxış edən futbolçunu istəyir
- Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunlarının təyinatları
- Qurban Qurbanovun “20-liy”i - STATİSTİKA
- Millimizin baş məşqçisi: “Hakim iki dəfə yüz faizlik penaltimizi vermədi”
- Ralf Ranqnik: “Azərbaycanda rahat 3 xal qazanacağını düşünə bilmərsən”
0
0