Belçikaya ağır itki - Onana üçün mundial bitdi
07.07.2026 - 16:35
Belçikaya ağır itki - Onana üçün mundial bitdi

Belçika millisi DÇ-2026-nın 1/8 finalında ABŞ-a qalib gəlsə də, ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Amadu Onana ağır zədə alıb.

“Aston Villa”nın futbolçusu ABŞ-la görüşün ilk hissəsində hava mübarizəsindən sonra yerə uğursuz enib. O, matçın 20-ci dəqiqəsində əvəzlənib.

İnsayder Fabritsio Romanonun məlumatına görə, Onananın dizində çarpaz bağların qopması aşkarlanıb. Bu səbəbdən belçikalı futbolçu dünya çempionatının qalan hissəsini buraxacaq.

Onananın növbəti mövsümün əvvəlinə qədər hazır olmayacağı bildirilir. Onun bərpa müddətinin 7-8 ay çəkəcəyi gözlənilir.