
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, 2025-ci ildən bəri heç bir matçda məğlub olmayan "Barselona" "Borussiya"nı (4:0) məğlub edərək yarımfinala doğru mühüm addım atıb.
Kataloniya klubunun futbolçusu Rafinya dortmundlularla matçda adını tarixə yazdırıb.
Braziliyalı qarşılaşmada 1 qol, 1 məhsuldar ötürmə edərək bu mövsüm Çempionlar Liqasında 19 qolun vurulmasında pay sahibi olub.
Bu mövsüm Çempionlar Liqasında 12 qol vuran və 7 məhsuldar ötürmə edən braziliyalı ulduz Lionel Messidən (2011-12) sonra Avropanın ən nüfuzlu turnirinin bir mövsümündə ən çox qol vuran ilk "Barselona" oyunçusu oldu.
- Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"
- “Arsenal”da kütləvi ayrılıq - 20 futbolçu klubdan göndərildi
- Gəncədə AVF-nin “1-ci dərəcə” məşqçi kursu start götürüb
- Murat Dikmen: “Mental olaraq oyuna daxil ola bilmədik”
- Taekvondoçumuz Avropa çempionatında üçüncü olub