ÇL: “Sabah” Norveçdən xalsız qayıdır - YENİLƏNİB
05.11.2026 - 01:54
ÇL: “Sabah” Norveçdən xalsız qayıdır - YENİLƏNİB

“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda IV turda səfərdə “Vikinq”lə ilə üz-üzə gəlib.

Oyunda hesabı "bayquşlar" açıb. Lakin meydan sahiblərinin buna cavabı gecikməyib.

İkinci hissədə "Sabah" meydanda azlıqda qalıb. Bundan istifadə edən Norveç təmsilçisi 4:1 hesablı qələbəyə sevinib.

UEFA Çempionlar Liqası
IV tur

00:00. "Vikinq" (Norveç) – "Sabah" 4:1
Qollar: E. Bothem, 27, Z. Tripiç, 69, H. Falkener, 81, 90+4 - P. Mbina, 11