UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu yəni, VIII turunun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, son matçların ardından yekun turnir cədvəli müəyyənləşib. Yeni formata əsasən, ilk səkkizlik bu cürdür:
“Liverpul” (İngiltərə), “Barselona” (İspaniya), “Arsenal” (İngiltərə), “İnter” (İtaliya), “Atletiko Madrid” (İspaniya), “Bayer” (Almaniya), “Lill” (Fransa), “Aston Villa” (İngiltərə).
İlk səkkizlikdən əlavə pley-off mərhələsinə adını yazdıran komandalar isə bunlar olub:
“Atalanta” (İtaliya), "Borussiya" (Dortmund, Almaniya), "Real" (İspaniya), "Bavariya" (Almaniya), "Milan" (İtaliya), PSV (Niderland), PSJ (Fransa), "Benfika" (Portuqaliya), "Monako" (Fransa), "Brest" (Fransa), "Feyenoord" (Niderland), "Yuventus" (İtaliya), "Seltik" (Şotlandiya), "Mançester Siti" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Brügge" (Belçika).

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması yanvarın 31-də gerçəkləşəcək.
- Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb - VİDEO
- III MDB Oyunları: Sərbəst güləşçilərimiz 7 medal qazanıblar - FOTO
- Bernardo Silva qərarını verdi: "Qalatasaray"ın təklifinə cavab
- Rəşad Sadıqov: "Qarabağ" üzərində ilk qələbə camiə üçün sevindiricir" - VİDEO
- “Neftçi”də növbəti ayrılıq - RƏSMİ