DÇ-2022: Ən gənc futbolçular açıqlandı
15.11.2022 - 17:17
DÇ-2022-nin ən gənc futbolçuları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Qətərdə keçiriləcək mundialın ən azyaşlı oyunçusu Yussuf Mukokodur.
Dünya çempionatının açılışının gerçəkləşəcəyi noyabrın 20-də Almaniya millisinin üzvünün 18 yaşı tamam olacaq. Avstraliya yığmasının hücumçusu Qaranq Kuol 18 yaşını sentyabrın 15-də qeyd edib.
İlk “üçlüy”ü Pedri qapayır. İspaniya millisinin yarımmüdafiəçisi avqustun 6-da 18 illiyini tamamlayıb.
Qeyd edək ki, noyabrın 20-də başlayacaq mundial dekabrın 18-də yekunlaşacaq.
- Joan Laporta: “Müdafiəni gücləndirməliyik”
- Nigar Nəsirova lisenziya turnirinin final mərhələsində
- Kaxaber Tsxadadze: "Heç kim deyə bilməz ki, I Liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir"
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı
0
0