Son dünya çempionu Fransa yığmasının Qətərdə keçiriləcək DÇ-2022-də formasını geyinəcək futbolçular bəllidir.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Didye Deşam 2018-ci ildə Rusiyada təşkil edilən mundialın çempion heyətində ciddi dəyişikliklərə əl atıb.
Təsadüfi deyil ki, dörd il əvvəl planetin ən güclüsü olan komandada yer alan oyunçulardan 12-ci Qətərə aparılmayacaq. Həmin oyunçular bunlardır:
1. Samuel Umtiti
2. Adil Rami
3. Cibril Sidibe
4. Benjamin Mendi
5. Stiven Nzonzi
6. Korentin Tolisso
7. Bleyzi Matuidi
8. Nqolo Kante
9. Pol Poqba
10. Tomas Lemar
11. Nabil Fekir
12. Florian Tauvin
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də start götürəcək. D qrupunda yer alan Fransa yığması ilk oyununu ayın 22-də Avstraliyaya qarşı keçirəcək.
- Aydın Bayramov: "Araz-Naxçıvan"la oyunun çətin və ağır olacağını bilirik" - Müsahibə
- “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibi bilindi
- Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər
- Aleksandr Çertoqanov: "Azərbaycan millisində zamanla hər şey daha yaxşı olacaq" - Müsahibə
- İtaliya klubunda yeni müqavilə