DÇ: “Atletiko” “Botafoqo”nu, PSJ “Palmeyras”ı üstələdi - YENİLƏNİR
24.06.2025 - 08:12
DÇ: “Atletiko” “Botafoqo”nu, PSJ “Palmeyras”ı üstələdi - YENİLƏNİR

Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin sonuncu – üçüncü turuna start veriləcək.

Apasport.az xəbər verir ki, B qrupunda “Atletiko” Braziliyanın “Botafoqo” komandası ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən oyunun taleyini cəmi bir qol həll edib. Antuan Qrizmannın vurduğu yeganə qol “Atletiko”ya minimal hesablı qələbə qazandırıb – 1:0.

Ötən tur gözlənilmədən məğlub olan PSJ bu dəfə daha inamlı təsir bağışlayıb. Fransa nəhəngi “Sietl Saunders”in müqavimətini qıraraq rəqibini 2:0 hesabı ilə məğlub etməyə nail olub.

A qrupunda “Portu” “Əl Əhli”, “İnter Mayami” isə “Palmeyras”la üz-üzə gələcək.

Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, III tur

23 iyun

23:00 Atletiko – Botafoqo 1:0
23:00 Sietl Saunders – PSJ 0:2

05:00 Portu – Əl Əhli 4:4
05:00 İnter Mayami – Palmeyras 2:2