Emin Cəfərov Gənclər Liqasında
07.12.2024 - 11:16
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun III mərhələsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Sarayevo” (Bosniya və Herseqovina) oyununun UEFA nümayəndəsi olacaq.
Trabzon şəhərində yerləşən Şenol Güneş İdman Kompleksi stadionunda təşkil olunacaq cavab görüşü dekabrın 11-də baş tutacaq.
“Trabzonspor” – “Sarayevo” matçını belaruslu baş hakim Amine Kourgheli idarə edəcək. Bosniya və Herseqovinada keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.
- Emin Mahmudov “Neftçi”nin kapitanı kimi 200-cü oyununa çıxıb
- “Mançester Siti” Rodriyə əvəzləyici tapdı
- Yunan-Roma güləşçilərimiz reytinq turnirində mübarizəyə başlayır
- "Fənərbaxça" Avropa ilə vidalaşdı - YENİLƏNİB
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarına hakim təyinatları bəlli olub
0
0