
Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.
Qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib. Yarışda qrup qalibi olan komandalar pley-off səddini keçənləri sınağa çəkəcək.
Türkiyə təmsilçisi “Fənərbaxça”nın da rəqibi bəlli olub. İstanbul klubu “Sevilya” ilə qarşılaşacaq.
Bu raundun ilk görüşləri martın 9-da baş tutacaq. Cavab oyunları bir həftə sonra keçiriləcək.
Avropa Liqası
1/8 final
“Union” (Almaniya) - “Union” (Belçika)
“Sevilya” (İspaniya) - “Fənərbaxça” (Türkiyə)
“Yuventus” (İtaliya) - “Frayburq” (Almaniya)
“Bayer” (Almaniya) - “Ferensvaroş” (Macarıstan)
“Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) - “Betis” (İspaniya)
“Roma” (İtaliya) - “Real-Sosyedad” (İspaniya)
“Şaxtyor” (Ukrayna) - “Feyenoord” (Niderland)
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”
- Cerrard istefaya göndərilə bilər
- Çempionlar Liqası: “Borussiya”dan darmadağın, "Arsenal” PSJ-ni məğlub etdi - YENİLƏNİB
- Elbrus Məmmədovun ölüm səbəbi bəlli olub