![“Fənərbaxça”nın Superkubok cəzaları AÇIQLANDI](https://apasport.az/storage/news/2024/april/11/big/6617f53b01f096617f53b01f0a17128461396617f53b01f076617f53b01f08.webp)
"Fənərbaxça"nın 19 yaşadək futbolçulardan ibarət komandası Türkiyə Superkubokunun finalında "Qalatasaray"la matçın 3-cü dəqiqəsində meydandan çəkilmişdi.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyənin Peşəkar Futbol İntizam Şurası bəzi qərarlar verib.
Qərara əsasən "Fənərbaxça"ya 0:3 hesablı texniki məğlubiyyət verilib və 4 milyon TL cərimə tətbiq olunub.
Digər tərəfdən, "sarı-lacivərd"i meydandan çıxaran Ahmet Ketencinin 60 günlük həbs və 520 min TL pul cəzası aldığı açıqlanıb.
Superkubok matçı zamanı “Qalatasaray” azarkeşlərinin meydanda baş verən insidentlər və şüarlara görə "sarı-qırmızılar" ümumilikdə 212 min TL ziyana düşüb.
Bu qərarlardan sonra 2022/23 Superkubokunun sahibinin "Qalatasaray" olduğu qeydə alınıb.