İngiltərə, Uels, Belçika, Danimarka, Almaniya, Niderland və İsveçrə FIFA-nın xəbərdarlığından sonra dünya çempionatında “One Love” yazılan kapitanlıq sarğısı taxmaqdan imtina ediblər.
Apasport.az saytının məlumatına görə, bu barədə adıçəkilən ölkələrin federasiyaları birgə bəyanat yayıblar.
Vurğulanıb ki, qərar barədə kapitanlar məlumatlandırılıb: “FIFA açıq şəkildə bildirdi ki, kapitanlarımız meydançada göy qurşağı sarğısı taxarsa, idman sanksiyaları tətbiq edəcək. Milli federasiyalar olaraq biz futbolçularımızı idman sanksiyaları, o cümlədən xəbərdarlıqlarla üzləşə biləcək vəziyyətə sala bilmərik. Ona görə də kapitanlardan dünya çempionatı oyunlarında onları geyinməmələrini xahiş etdik”.
Bəyanatda həmçinin federasiyaların FIFA-nın hərəkətlərindən məyus olduqları və “One Love”ni başqa yollarla dəstəkləyəcəkləri vurğulanıb.
Qeyd edək ki, qərara əsasən, kapitanlar meydana “One Love” kapitanlıq sarğısında çıxsalar, startdan əvvəl sarı vərəqə alacaqlar.
- Rikardo Fernandeş: "Qarabağ"a avrokuboklarda uğurlar və qələbə arzulayıram"
- Cüdo məşqçiləri üçün təşkil olunan peşəkar inkişaf proqramı davam edir - FOTO
- "Neftçi"nin futbolçuları "Turan Tovuz"da
- Super Liqada bazar dəyərləri yeniləndi: Osimhen üçün şok
- DÇ-2026: Norveçdən darmadağın, Qazaxıstan məğlub oldu- YENİLƏNİB