Futzal üzrə Çempionlar Liqasında “Araz-Naxçıvan”ın oyunlarının ünvanı müəyyənləşdi
14.09.2026 - 15:53
Futzal üzrə Çempionlar Liqasında “Araz-Naxçıvan”ın oyunlarının ünvanı müəyyənləşdi

Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan”ın yer aldIğı beşinci qrupun oyunlarının keçiriləcəyi məkan dəqiqləşib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Oktyabrın 27-dən 30-dək təşkil olunacaq matçlar Polşanın Qlivitse şəhərindəki “PreZero Arena”da baş tutacaq.

Məlumat üçün qeyd edək ki, 13 min 752 azarkeş tutumuna malik arena 2018-ci ildə istifadəyə verilib. İlk adı “Podium Hol” olan məkan daha sonra “Qlivitse Arena” kimi adlandırılıb.

2023-cü ildə sponsorla imzalanan anlaşmaya əsasən isə məkanın adı “PreZero Arena” olaraq dəyişdirilib. Arenanın inşası 98 milyon avroya başa gəlib.

“Araz-Naxçıvan” 5-ci qrupda “Pyast” (Polşa), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) komandaları ilə qarşılaşacaq.