İsveç millisində növbəti itki
17.11.2024 - 22:55
![İsveç millisində növbəti itki](https://apasport.az/storage/news/2024/november/17/big/673a3c94e5071673a3c94e50721731869844673a3c94e506f673a3c94e5070.jpg)
İsveç millisində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi İsak Hien heyətdən çıxarılıb.
O, UEFA Millətlər Liqasının 6-cı turunda Azərbaycana qarşı oynamayacaq. 25 yaşlı mərkəz müdafiəçisi dünən Slovakiya ilə keçirilən görüşdə sarı vərəqə görərək cəzalı duruma düşüb.
Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması 19 noyabr tarixində Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
0
0