KL: Millimizin üzvü oynadı, komandası məğlub oldu
29.11.2024 - 13:15
Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün formasını geyindiyi Finlandiyanın “Helsinki” komandası Konfrans Liqasının əsas mərhələsinin 4-cü turunun matçına çıxıb.
Apasport.az xəbər verir ki, Finlandiya çempionu səfərdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşıb.
Kökçünün komandası 0:1 uduzub. Oyuna start heyətində çıxan millimizin üzvü 68-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Helsinki” 3 xalla 31-ci pillədədir.
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- "Sabah" qalib gələrək növbəti mərhələyə çıxdı - YENİLƏNİB
- "Trabzonspor" açıqladı: "5 idman şərhçisi haqqında cinayət işi açılıb"
- “Qarabağ” – “Sumqayıt” matçının biletləri satışda
- Yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq
0
0