İngiltərə Premyer Liqasında XIX tura yekun vurulub.
Apasport.az xəbər verir ki, "Çelsi" Londonda "Mançester Siti"ni qəbul edib. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
60-cı dəqiqədə meydana buraxılan Riyad Məhrez və Cək Qriliş, demək olar ki, topa ilk toxunuşda fərqlənməyi bacarıblar. 63-cü dəqiqədə Qrilişin ötürməsi ilə Fransa doğumlu Əlcəzair millisinin futbolçusu Riyad Məhrez matçda yeganə qolu vurub. Bu qələbə ilə "Siti" lider "Arsenal"la xal fərqini 5-ə endirib.
Qeyd edək ki, bu komandalar yanvarın 8-də yenidən üz-üzə gələcəklər. Bu dəfə Mançester şəhərindəki qarşılaşma İngiltərə kubokunun 1/16 final matçı olacaq.
- 30 yaşlı futbolçu karyerasını sonlandıracaq - MÖVSÜMÜN SONUNDA
- Azərbaycanlı futbolçu Albaniya klubuna keçdi
- "Cimbom"dan kritik xal itkisi: "Fənər" qələbə qazansa...
- Elhad Nəziri cəbrayıllı iş adamlarına səsləndi: “Bizə belə soyuq yanaşmasınlar”
- Fabiyan Buntiç: “Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar"