Millimizin üzvlərinin rəqibləri bəlli oldu
27.09.2024 - 18:29
![Millimizin üzvlərinin rəqibləri bəlli oldu](https://apasport.az/storage/news/2024/september/27/big/66f6c22d3f66766f6c22d3f668172744759766f6c22d3f66566f6c22d3f666.webp)
Azərbaycan millisinin futbolçuları Kristina Bakaradze və Nazlıcan Parlakın formasını geyindiyi “Qalatasaray”ın Çempionlar Liqasında rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, Türkiyə klubu A qrupunda çıxış edəcək.
Püşkə əsasən, “sarı-qırmızılar” “Volfsburq”, “Roma” və “Lion”la üz-üzə gələcəklər.
Qeyd edək ki, “Qalatasaray” qadın futbolçular arasında Çempionlar Liqasında oynayacaq ilk Türkiyə klubu olacaq.
0
0