Noyerin DÇ-2022-dəki FAVORİTLƏRİ
21.11.2022 - 00:42
Almaniya yığmasının kapitanı Manuel Noyer Qətərdə keçirilən dünya çempionatı ilə bağlı maraqlı fikirlər səsləndirib.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı qapıçı DÇ-2022-dəki favoritlərini açıqlayıb.
O, Cənubi Amerika təmsilçilərini titulu qazanmağa daha şanslı sayıb: “Argentina və Braziliya kimi Cənubi Amerika komandaları hazırda əla formadadırlar. Ona görə də mənim üçün onlar titul üçün əsas favoritlərdir”.
Qeyd edək ki, Almaniya yığması E qrupunda İspaniya, Kosta Rika və Yaponiya ilə qarşılaşacaq.
- "Real"ın fransalı futbolçuları "Liverpul"la matçda oynaya biləcək
- Rusiya polisi Kadinin zədələnməsi ilə bağlı araşdırmaya başladı
- Rafael Ağayev əməliyyat olundu - FOTO
- Stadnikin çəki dərəcəsində qalmaqal: Hindistanlı güləşçi finala buraxılmayıb
- ÇL: "Bavariya" sensasiyaya imkan vermədi, PSJ-dən səfər qələbəsi
0
0