“Qarabağ” “Dinamo” ilə bacarmadı - YENİLƏNİB
28.10.2026 - 18:50
"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə start verib.
Apasport.az xəbər verir ki, komanda bu gün "Dinamo Zaqreb"in müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
II təsnifat mərhələsinin ilk oyunu "Azərsun Arena"da, saat 15:30-da başlayıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu noyabrın 4-də keçiriləcək.
0
0