“Ayaks” hesabı bərabərləşdirdi - YENİLƏNİR
10.12.2025 - 23:20
“Ayaks” hesabı bərabərləşdirdi  - YENİLƏNİR

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, Liqa mərhələsinin VI turunun oyunu saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Qeyd edək ki, Ağdam klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu - 36-cıdır.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur

10 dekabr

21:45 "Qarabağ" – "Ayaks" (Niderland) 2:2

Qol: Kamilo Duran, 10, Kasper Dolberq, 39, Mateuş Silva, 47, Oskar Qlux, 79

Baş hakim: Rade Obrenoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu