“Fənər”də ciddi itki - AVROLİQA MATÇINDA İŞTİRAK ETMƏYƏCƏK
10.12.2025 - 22:11
“Fənərbaxça”nın futbolçusu Marko Asensio UEFA Avropa Liqasının VI turu çərçivəsində səfərdə keçiriləcək “Brann”la oyunda iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, bunu klubun baş məşqçisi Domeniko Tedesko jurnalistlərə açıqlamasında bildirib.
29 yaşlı ispaniyalı futbolçu zədə səbəbindən qarşıdakı görüşü buraxmalı olacaq.
Qeyd edək ki, Asensio bu mövsüm “Fənərbaxça”nın heyətində meydana çıxdığı 16 rəsmi matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0