21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2027-nin seçmə mərhələsində Portuqaliyaya 0:4 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Rəşad Eyyubov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
"Birinci hissədə oyuna köklənmə yüksək səviyyədə idi. İkinci hissədə təəssüf ki, bunu itirdik. Komanda bir az rahatlaşdı. Bizim ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. Birinci hissəyə görə oyunçulara təşəkkür edirəm. İkinci yarıda isə yaxşı oynamadıq".
- Sizcə, millimiz Portuqaliya ilə səfərdəki oyunda yaxşı oynamışdı, yoxsa evdə?
- Uduzmuşuqsa, deməli pis oynamışıq.
- İlk oyunda rəqib 5 qol vurmuşdu, bu gün isə 4 dəfə fərqləndilər. Bu, inkişafdır?
- Neqativ inkişaf olmur.
- Birinci hissədə hesab açılmadı. İkinci yarıda isə rəqib qollar vurmağa başladı. Bunu nə ilə əlaqələndirirsiz?
- İlk növbədə intensivliklə bağlıdır. Bu tempə uyğunlaşmaq bir az çətindir. Ona görə də gücümüz birinci hissəyə yetərli oldu. Rəqib intensivlik baxımından bizdən üstün idi.
- Komandadan daha artığını gözləyirdiz?
- Oyunçuları fiziki baxımdan optimal vəziyyətə gətirməyə çalışdıq. Amma yetərli olmadı.
- Hava şəraiti oyuna təsir etdi?
- Şərtlər iki komanda üçün də eyni idi.
- Hücum baxımından komandadan razı qaldız?
- Qol buraxmırsansa, oyun 0:0 hesabı ilə başa çatır və 1 xal qazanırsan.
- Rəşad Rəsullu: "Məqsədimiz qadınlar arasında olimpiya birincisi yetişdirməkdir"
- Xaçmazda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- AVRO-2028-in ev sahibləri müəyyənləşdi: Türkiyə namizədliyini geri götürdü
- Boksçularımız beynəlxalq turnirdə 1 qızıl və 2 gümüş medal qazanıblar
- "Atalanta" heyətini "Bayer"in müdafiəçisi ilə gücləndirib