“Sabah” - “Slaviya” matçının ən yaxşısı müəyyənləşib
13.10.2026 - 23:12
“Sabah” - “Slaviya” matçının ən yaxşısı müəyyənləşib

UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda keçirilən “Sabah” – “Slaviya” (Praqa) matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, görüşün ən yaxşısı Coy Lens Mikels olub.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Futbolçu 88-ci dəqiqədə matçın yekun hesabını müəyyənləşdirən qolu vurub.

Qeyd edək ki, “Sabah” Praqa təmsilçisini 2:0 hesabı ilə məğlub edib.