Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
18.11.2026 - 10:30
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.
Səbuhi Əlizadə (+90 kq) 1/8 finalda İşxan Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. 3 xəbərdarlıq alan rəqib diskvalifikasiya olunub.
Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.
- “Real” onun üçün 120 milyonundan keçməyə hazırdır
- "Sumqayıt" “Turan Tovuz”a da uduzdu - YENİLƏNİB
- AVF rəsmisi "Qalatasaray"ın oyununa təyinat alıb
- "Formula 1"in dünyada ilk rəsmi sərgisi baş tutdu
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
0
0