Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 1 oğlan idmançısı yarımfinala vəsiqə əldə edib.
66 kq-da Nurlan Müseyibli Vladimir Versesjanla (Estoniya) üz-üzə gəlib. O, döyüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qələbə qazanan və özü üçün azı bürünc medalı təmin edən Müseyibli yarımfinalda Arda Fidanla (Türkiyə) gücünü yoxlayacaq.
Qız boksçularının mübarizəsində isə millimizin 2 üzvü finala yüksəlib. Nəsrin Abdullazadə (40 kq) yarımfinalda Elliemay Feterstonu (İrlandiya) 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. Təmsilçimiz həlledici görüşdə Madlin Laverik-Arnotla (İngiltərə) qarşılaşacaq.
Xumar Cəfərli (75 kq) Alina Papaşvili (Ukrayna) ilə dueli aktivinə yazıb. İlk raundda tam üstünlüklə qalib gələn boksçumuz finalda Yağmur Eryurtlə (Türkiyə) qüvvəsini sınayacaq.
Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışa oktyabrın 25-də yekun vurulacaq.
- Bəxtiyar Həsənalızadə: "Ara-sıra maaş problemləri olur, gecikmələr də var" - Müsahibə
- Qol vurdu, hərəkət göstərdi, qırmızı aldı - HƏTTA TƏƏCCÜBLƏNDİ
- "Qarabağ" yeni qapıçısı pley-off matçlarında iştirak edəcək
- Çempion debütanta güzəştə getmədi
- Qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib