Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı qələbə qazanıb.
Zəlimxan Süleymanov (54 kq) 1/16 finalda Kxaya Sonqve (Esvatini) ilə döyüşüb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Rafael Losanonu (İspaniya) sınağa çəkəcək.
Məhəmmədəli Aşurəliyev (60 kq) daha bir mərhələ adlayıb. O, ikinci görüşündə Raşid Mrema (Tanzaniya) ilə mübarizə aparmalı olsa da, rəqib rinqə çıxmayıb. Aşurəliyev 1/8 finalda Enrike Kakulovla (İspaniya) gücünü yoxlayacaq.
Cəidcəmşid Cəfərov (75 kq) da debütünü qələbə ilə başa vurub. Boksçumuz Maykl Likaluya (İBA) qalib gəlib – 4:3 (29:28, 29:28, 28:29, 29:28, 28:29, münsiflər 1:1). Cəfərov 1/8 finalda Amir Abbasla (Bəhreyn) münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, mundaiala dekabrın 13-də yekun vurulacaq.
- "Qarabağ"ın futbolçusuna Ərəbistandan təklif gəlib
- Macarıstanlı voleybolçu "Abşeron"da
- Yığmamızın futbolçusu: “İnanıram ki, Şimali İrlandiyaya qalib gələcəyik” - MÜSAHİBƏ
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
- Paralimpiyaçılarımız beynəlxalq turnirdə çıxış edəcəklər