Avropa kuboku mükafatçısı dünyasını dəyişib
16.07.2024 - 23:53
![Avropa kuboku mükafatçısı dünyasını dəyişib](https://apasport.az/storage/news/2024/july/16/big/6696cfa0abeee6696cfa0abeef17211595846696cfa0abeec6696cfa0abeed.jpg)
Cüdo məşqçisi Murad Heydərli vəfat edib.
Apasport.az xəbər verir ki, 27 yaşlı mütəxəssis beyin xəstəliyindən əziyyət çəkib.
Gənclər arasında Avropa kubokunun 3 qat bürünc mükafatçısı olan Murad Beynəlxalq Cüdo Federasiyası Akademiyasını bitirib. İdman ustası Heydərli Abşeron idman klubunun baş məşqçisi və rəhbəri olub.
0
0