Azərbaycan millisinin cüdoçuları Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov əməliyyat olunublar.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Cüdo Federasiyası yayıb.
İdmançılarımız ölkə xaricindən dəvət edilmiş yüksək səviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunublar.
Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyevdə Akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.
Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Nəcəfovun 12 həftə (təxminən 3 ay), Hacıyevin isə 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.
- Millimizin baş məşqçisi: "Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk"
- Adrian Mutu: "Yeni transfer ediləcək"
- Eden Azar: “Yaxşı oynasam, dünya çempionu olarıq”
- Flavinyo: "Artıq heç kəs “Neftçi”ni xatırlamır, onun tarixini məhv etdilər"
- "Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı bəlli olub