Cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək
27.10.2026 - 14:35
Oktyabrın 31-də cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Yarış Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Turnirdə 13 klub və idman cəmiyyətini təmsil edən 74 cüdoçu mübarizə aparacaq.
Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
- Fransa millisinin üzvü "Barsa"nın hədəfində
- Voleybol Federasiyası bölgələrdə gənc istedad axtarışındadır
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- Kadi Borqes Braziliyaya yollana bilməməsinin səbəbini açıqladı
0
0