Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
29.05.2025 - 20:57
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər

31 may – 1 iyun tarixlərində Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda Azərbaycan 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.

İdmançılarımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək. Turnirdə 25 ölkədən 485 idmançı (301 oğlan, 184 qız) mübarizə aparacaq.

Qızlar
48 kq

Fəridə Mirzəyeva

52 kq
Xədicə Qədəşova

57 kq
Fidan Qasımova
Aytən Verdiyeva

63 kq
Nilgün Rzayeva
Fidan Əlizadə

70 kq
Pərvanə Abdullayeva

78 kq
Nigar Süleymanova