Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb
01.06.2025 - 10:26
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.

Apasport.az xəbər verir ki, ilk yarış günündə +78 kq çəki dərəcəsində tatamiyə çıxan Nigar Süleymanova gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə Azərbaycan 6 çəkidə 8 cüdoçu ilə təmsil olunur. Avropa Kubokunda 23 ölkənin 435 idmançısı qüvvəsini sınayır.