Cüdoçumuz "Böyük Dəbilqə"də bürünc medal qazanıb
14.02.2025 - 17:52
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Bakıda keçirilən "Böyük Dəbilqə"də bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, 25 yaşlı idmançı üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Xalmatovla üz-üzə gəlib.
Yusifov rəqibini qızıl xal bölümündə məğlub edib.
Eyni çəkidə Balabəy Ağayev bürünc mükafat uğrunda görüşdə belçikalı Jorre Verstraetenə uduzub.
Bu gün Elşən Əsədov (66 kq) üçüncü yer uğrunda qarşılaşmada özbəkistanlı Azizbek Ortıkovla üz-üzə gələcək.
Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
- “Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
- Meydana sonradan daxil olaraq qollar vurmasının sirri varmı? - Ülvi İsgəndərovla MÜSAHİBƏ
- "Trabzonspor" açıqladı: "5 idman şərhçisi haqqında cinayət işi açılıb"
- FIFA-ya Ukraynadan müraciət: “İran mundiala buraxılmasın”
- Paris-2024 başlamadan rekorda imza atıb
0
0