Daha 2 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayacaq
24.04.2025 - 09:33
Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, bu gün Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.
Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
- Messinin atası Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır?
- “Aston Villa”nın futbolçusu Premyer Liqada klubunu dəyişəcək
- Alen Şkribeklə Bakıda bir gün – “Neftçi TV”dən maraqlı vloq - VİDEO
- "Prezident Kuboku-2024" beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib
- “Qarabağ”ın Avropa Liqasında oyunları ilə bağlı İstanbulda müzakirə
0
0