Hidayət Heydərov “İlin kişi cüdoçusu” seçilib
02.02.2025 - 21:17
Hidayət Heydərov “İlin kişi cüdoçusu” adına layiq görülüb.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən 2024-cü il üçün bu şərəfə layiq görülüb.
Heydərov nüfuzlu mükafata layiq görüldüyü üçün çox xoşbəxt olduğunu deyib:
"Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm".
Qeyd edək ki, Heydərov 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu olub.
- “Qarabağ”ın icarəyə verdiyi futbolçu oyuna çıxmaqdan imtina etdi - EKSKLÜZİV
- Ramin Musayev: “Gedənin arxasınca danışmazlar, buna da şükür”
- Yenidən antirekord: Son 9 mövsümün ən aşağı göstəricisi təkrarlandı
- Diomandenin “Real”a transferi tamamlanır – 120 milyon avro
- AFFA ilə “Misli” arasında sponsorluq müqaviləsi imzalanıb
0
0