Millimiz Avropa çempionatına hazırlığını başa vurub
06.08.2026 - 15:28
Paracüdo üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatı öncəsi hazırlığını başa vurub.
Apasport.az xəbər verir ki, yığma Göygöl Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışını uğurla yekunlaşdırıb.
Paracüdoçularımız avqustun 14-16-da Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcəklər.
0
0