
Beynəlxalq Cüdo Federasiyasının (BCF) təqviminə əsasən, 25–27 iyul tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.
Turnirdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Elşən Əsədov (66 kq) mübarizə aparacaqlar.
Beynəlxalq Cüdo Federasiyası tərəfindən təşkil olunan Dünya Turunun bu mərhələsində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) iştirak edəcək.
- Fərid Qayıbov Beynəlxalq İdman Məktəbi Federasiyasının prezidenti ilə görüşüb
- “Dinamo”nun baş məşqçisi: "Qarabağ" hücumda və müdafiədə güclü komandadır"
- “Sabah” “Neftçi” ilə üz-üzə gələcək
- Qurban Qurbanov "Qarabağ"da 400-cü qələbəsini qazanıb
- Marko Yankoviç: “Titullara və inanılmaz anlara köklənəcəyik”