Xədicə Qədəşova mundialla vidalaşdı
06.10.2026 - 13:26
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvləri mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, qadınların 57 kq çəki dərəcəsində Xədicə Qədəşova mübarizəyə 1/32 finaldan başlayıb.
Onun ilk rəqibi Qırğızıstan təmsilçisi Janar Joldoşeva olub. Təmsilçimiz bu görüşdə məğlub olub və mundialla vidalaşıb.
0
0