Futzal üzrə Azərbaycan Yüksək və Birinci liqalarında 2025/2026 mövsümünün püşkünün atılacağı tarix dəqiqləşib.
Apasport.az xəbər verir ki, mərasim sentyabrın 8-də, saat 12:00-da, AFFA-nın inzibati binasında keçiriləcək.
Yüksək Liqada 6 – “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Şuşa”, U-19 və “Lənkəran”, Birinci Liqada 10 – “Baku Fire-2”, PFL, “Xan-Lənkəran-2”, “STAR kargo”, “Timsport”, “Atletiko Baku”, “Trabzon - Azərbaycan”, “Ulduz”, “Dəstə Ordubad” və “Yeni Suraxanı” komandaları iştirak edəcəklər.
Qeyd edək ki, Yüksək Liqada oyunlar 4 dövrədən və 20 turdan, Birinci Liqada 1 dövrədən və pely-off mərhələsindən ibarət olacaq.
- AFFA Tahir Süleymanovun müraciətinə baxıb
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- Super Liqa: “Qalatasaray”dan kritik xal itkisi
- Ekvadorlu futbolçuların qəbiləsayağı qol sevinclərinin SƏBƏBİ
- "Zirə"nin legioneri Azərbaycan çempionatında 25-ci qolunu vurub