17 yaşadək qız həndbolçuların AVRO-2023 üçün püşkü atılıb.
Apasport.az Avropa Həndbol Federasiyasının (EHF) saytına istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən püşkatma zamanı Avropa çempionatına vəsiqə qazana bilməyən komandaların öz aralarında keçirəcəkləri turnir (EHF çempionatı) üçün də püşkatma olub.
Azərbaycanın U-17 qızlar komandasının da rəqibləri bəlli olub. Millimiz A qrupunda Sloveniya, Litva, Gürcüstan, Bosniya və Herseqovina ilə qarşılaşacaq.
B qrupunda isə Farer adaları, İspaniya, Lüksemburq, Yunanıstan və İsrail yarışacaq.
Qeyd edək ki, turnirin bütün oyunları 5-13 avqust tarixlərində Azərbaycanda keçiriləcək.
- Paytaxt klubu amerikalı qapıçı ilə 6 illik müqavilə bağlayır
- Kamal Quliyev: "Yaltaqlıq, düşüklük eləsəydim, AFFA-da vəzifədə olardım" - "Ofsayd"
- Milli Gürcüstanla qarşılaşacaq
- Cüdoçularımız Daşkənddə beynəlxalq təlim-məşq toplanışına qatılıblar - FOTO
- Qurban Qurbanov: “Komanda istədiyimiz kimi hazır deyil”