Azərbaycan sumoçuları Avropa çempionatında dörd medal qazanıblar
30.06.2026 - 12:33
Azərbaycan sumoçuları Șotlandiyanın Stirlinq şəhərində keçirilmiş Avropa çempionatında 1 qızıl və 3 bürünc medal qazanıblar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası açıqlayıb.
Cavid Yusifov (115 kq) qızıl, Əmrah Şəfiyev (85 kq və mütləq çəki) iki bürünc mükafata sahib çıxıb. Azərbaycan millisi komanda yarışında da bürünc medal qazanıb.
Qeyd edək ki, bu il sumo üzrə dünya çempionatı ilk dəfə 17-18 oktyabr tarixlərində Bakıda keçiriləcək.
- DÇ-2026: İngiltərə millisinin heyəti açıqlandı
- Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün nəzəri dərslərə start verilib - FOTO
- Paraüzgüçülərimiz Dünya seriyasının Barselona mərhələsində
- Azərbaycanın sambo əfsanəsi Əbülfəz Əliyevə həsr olunmuş tədbir keçirilib - VİDEO
- "Kəpəz" yeni legioner transferini həyata keçirib
0
0