
Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində (EBSL) sonuncu oyununu keçirib.
Apasport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan komandamız üçüncü görüşündə Litva yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində hər üç qolu Orxan Məmmədov vurub.
Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun yetirmələri Avropa Superfinalına vəsiqə qazanıblar.
Millimiz sentyabrın 7-14-də İtaliyada təşkil olunacaq Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutanlar A Liqasına yüksələcəklər.
Qeyd edək ki, millimiz qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.
- Canni de Byazi: "Əsas odur ki, göydə uçmasınlar, ayaqları yerdə qalsın" - MÜSAHİBƏ
- Paralimpiyaçımız Fransada finala vəsiqə qazanıb
- İlkay Gündoğanın yeni forma nömrəsi bəlli olub
- Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün püşkü atılacaq
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında iştirak edirlər