Millimiz ilk medalını qazandı
06.04.2025 - 15:56

Azərbaycan millisi Zlatoborda keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında ilk medalını qazanıb.
Apasport.az xəbər verir ki, bu uğura qılıncoynadanımız Gəray Məmmədli imza atıb.
O, sablya növündə bürünc medala yiyələnib.
Məmmədli yarımfinalda iranlı Muhəmmədmətin Şahidi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 15:9 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər idmançılarımız Abdulmalik Nəsibzadə və Nəcəf Şabanlı isə 1/4 finalda mübarizəni dayandırıblar.
- Millimiz Türkiyədə təlim-məşq toplanışında olacaq
- Artim Şakiri: "2 qırmızı vərəqə ilə istənilən rəqibə qarşı oynamaq ağırdır"
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ
- "Vest Hem"in gözü "Bayer Leverkuzen"in forvardındadır
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçildi
0
0