6 kateqoriyada qaliblər müəyyənləşəcək
23.11.2024 - 13:59
![6 kateqoriyada qaliblər müəyyənləşəcək](https://apasport.az/storage/news/2024/november/23/big/6741a83c163fe6741a83c163ff17323561566741a83c163fc6741a83c163fd.jpeg)
Noyabrın 25-də kişi və qadın idman gimnastikası üzrə Azərbaycan çempionatı və birinciliyi start götürəcək.
Apasport.az xəbər verir ki, 2 gün davam edəcək yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.
Yarışlarda balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar mübarizə aparacaqlar.
İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar, turnik üzrə proqramlarda öz məharətlərini göstərəcəklər.
0
0